Bakı Mühəndislik Universitetində bakalavr tələbələrinin diplom işlərinin müdafiəsi keçirilib

280

24 iyun 2023-cü il tarixdə Bakı Mühəndislik Universitetinin (BMU) “Kimya mühəndisliyi” ixtisası üzrə IV kurs bakalavr tələbələrinin yekun diplom işlərinin müdafiəsi keçirilib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru, dosent Əfsun Sucayevin sədrliyi ilə keçirilən İxtisaslaşdırılmış Müdafiə Komissiyasının iclasında “Kimya mühəndisliyi” ixtisaslaşması ingilis bölməsi üzrə 12 tələbə  yerinə yetirdiyi yekun buraxılış elmi işini təqdim edib. Gənclər tədqiqatlarının aktuallığı, elmi yeniliyi, əldə etdikləri nəticələr haqqında danışıb, sualları cavablandırıblar.

Təqdimatlar ətrafında Komissiya sədri Ə.Sucayev, üzvləri – BMU-nun “Kimya mühəndisliyi” kafedrasının müdiri, k.ü.f.d., dosent Y.Abdullayev, k.e.d., dosent R.Rəhimov, baş müəllim C.Salmanov, müəllim R.Nəzərova təqdimatlar ətrafında sual-cavab aparıblar.

Sonda səsvermə nəticəsində diplom işləri müvafiq meyarlar üzrə qiymətləndirilib, məzun tələbələrə bakalavr ixtisas dərəcəsinin verilməsi haqqında qərar qəbul edilib.

 

PAYLAŞ