BDU-nun kimyaçı tələbələri AMEA Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsi keçirlər

2107

19 fevral 2018-ci il tarixdən etibarən Bakı Dövlət Universitetinin Kimya fakültəsinin 29 nəfərdən ibarət  IV kurs bakalavr heyəti 1 ay müddətinə Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəkeçməyə başlayıblar. Bu işdə məqsəd bir tərəfdən tələbələrin Universitetdə təhsil aldıqları illərdə əldə etdikləri nəzəri biliklərin təcrübi olaraq möhkəmləndirilməsi, digər tərəfdən isə AMEA-da həyata keçirilən elmlə təhsilin inteqrasiyası siyasətinə uyğun olaraq istedadlı, yaradıcı kimyaçı gənclərin aşkara çıxarılması və onlarda elmə maraq oyadaraq, magistratura və doktorantura pillələrində elmi tədqiqatlara cəlb olunmasıdır.

İlk tanışlıq günündə tələbələrə məlumat verildi ki, Aşqarlar Kimyası İnstitutunun əsası 1965-ci ildə qoyulmuşdur. Bu elmi tədqiqat müəssisəsinin əsas elmi istiqaməti аşqаrlаr kimyаsının nəzəri prоblemlərinin öyrənilməsi,  yeni üzvi mаddələrin sintezi və оnlаrın sürtkü yаğlаrınа, yаnаcаqlаrа, yаğlаyıcı-sоyuducu və digər xüsusi mаyelərə аşqаr və metаllаrın kоrrоziyа inhibitоrlаrı kimi tədqiqi, müxtəlif növ аşqаrlаrın funksiоnаl xаssələrinin tədqiqi və аşqаr kоmpоzisiyаlırının işlənməsi, yeni sintez оlunmuş аşqаrlаr əsаsındа müxtəlif növ sürtkü yаğı və yаnаcаq kоmpоzisiyаlаrının, yаğlаyıcı-sоyuducu və digər xüsusi mаyelərin hаzırlаnmаsı, yüksək təsirli аşqаr və kоrrоziyа inhibitоrlаrının istehsаl prоsesləri texnоlоgiyаsının işlənib hаzırlаnmаsı, mоdelləşdirilməsi və оptimаllаşdırılmаsıdır.

Təcrübəçi tələbələrin diqqətinə o da çatdırıldı ki, İnstitut əməkdaşları tərəfindən fundamental tədqiqatlar sahəsində aparılan işlər nəticəsində bir sıra ciddi mühüm nəticələr əldə olunmuşdur. Məsələn, yüksək parafinli neftin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə uzaq məsafəyə nəqlini təmin etmək üçün onların donma temperaturunu aşağı salan aşqarın istehsalı məhz Aşqarlar Kimyası İnstitutunun alimləri tərəfindən mümkün olmuşdur. Ümumiyyətlə, kimya və neft emalı sahəsində İnstitut alimlərinin tədqiqatları həm respublikada, həm də xaricdə geniş şöhrət tapmışdır.

Tələbələrə eyni zamanda İnstitutun strukturu, laboratoriyaların elmi fəaliyyəti, beynəlxalq əlaqələr, gənc alimlərin elmə həvəsləndirilməsi üçün həyata keçirilən işlər və sair haqqında geniş məlumat verildi. Həmçinin, vurğulandı ki, İnstitutda BDU-nun “Neft kimya” kafedrasının “Aşqarlar, sürtkü materialları, yağlar və soyuducu mayelər” adlı baza kafedrası fəaliyyət gösətərir. Həmin kafedrada mütəmadi olaraq tələbə və magistrlər üçün mühazirə və seminarlar təşkil olunur.

Növbəti gün İnstitutun elmi seminarında tələbər üçün laboratoriya müdiri, texnika elmlər doktoru, professor Həqiqət Cavadova  “Aşqarlar və sürtkü yağların kompozisiyaları” adlı məruzə etdi və tələbələri maraqlandıran sualları ətraflı cavablandırdı və bu məruzə onların böyük marağına səbəb oldu.

Sonra isə tələbələr 3 nəfər olmaqla qruplara bölündü və növbə ilə ayrı-ayrı laboratoriyada istifadə olunan maddi texniki baza – cihaz və laboratoriya avadanlıqların iş prinsipləri, həyata keçirilən elmi tədqiqatlarla yaxından tanış olmağa başladılar. İnstitut rəhbərliyinin təlimatı əsasında hər bir laboratoriyada tələbələrə mühazirə keçirilir, sonra isə institutun elmi tədqiqatlarına uyğun tərcübələr nümayiş etdirilir.

Qeyd edək ki, tələbəlrin istirahəti üçün İnstitutun özündə çay fasiləsi təşkil edilir.

Bu proses mart ayının 19-a qədər davam edəcək.

 

PAYLAŞ