BDU-nun sonuncu kurs kimyaçı tələbələri AMEA Aşqarlar Kimyası İnstitutunda təcrübə keçirlər

714

Bakı Dövlət Universitetinin (BDU) “Kimya mühəndisliyi” ixtisası üzrə IV kursda təhsil alan bir qrup tələbəsi AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsi keçirlər. İnstitutun “Polimer aşqarlar” laboratoriyasının müdiri dosent Elxan İsakovun sözlərinə görə ölkə ərazisində “COVİD 19” pandemiyası ilə əlaqədar elan olunan karantin rejiminin tələbləri gözlənilməklə Universitetin tələbələri ayrı-ayrı qrup şəklində üç aylıq təcrübə müddətində institutun laboratoriyalarında cihaz və avadanlıqların iş prinsipləri, müasir fiziki-kimyəvi analiz üsulları ilə yaxından tanış olurlar, bəzi təcrübələri yaxından izləyirlər. Tələbələr, eyni zamanda zərif üzvi sintez və aşqarlar kimyası sahəsində institut əməkdaşları tərəfindən prioritet istiqamətlər üzrə yerinə yetirilən elmi tədqiqat işləri haqqında məlumatlandırılır, onlara müstəqil şəkildə praktik işləri yerinə yetirmək bacarıq və vərdişləri öyrədilir.

BDU-nun “Neft kimyası və kimya texnologiyası” kafedrası üzrə olmaqla ümumilikdə 24 tələbə təcrübə keçəcək.

 

PAYLAŞ