Beynəlxalq qızlar günü

1853

15 oktyabr 2018-ci il tarixində AMEA Aşqarlar Kimyası İnstitutunda Qadınlar Şurası tərəfindən 11 oktyabr “Beynəlxalq Qızlar günü”nə həsr olunmuş yığıncaq keçirildi. Yığıncaqda Şuranın sədri H.Cavadova, üzvlərdən Y.Ramazanova və K.Məmmədova çıxış etdilər. Onlar bu günun keçirilməsində əsas məqsədin diqqətin qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, ayrıseçkilikdən, baxımsızlıqdan əziyyət çəkən qızlara yönəldilməsindən ibarət olduğunu vurğuladılar. İnstitutda çalışan cavan qızların elmdə olan çətinliklərindən və həmçinin uğurlarından bəhs edərək, onlara öz tövsiyələrini verdilər.

PAYLAŞ