Biomühəndislik üsulu ilə əldə edilmiş Neo P1 bitkisi havanı adi bitkilərdən 30 dəfə yaxşı təmizləyir

240

Fransanın “Neoplants” startapı bioloji hava təmizləyən Neo P1 aparatını təqdim edir. Bu, uçucu üzvi birləşmələri tutmaq üçün xüsusi olaraq hazırlanmış potos bitkisinin genetik modifikasiyasıdır. Təəssüf ki, texniki hava təmizləyiciləri onlara qarşı demək olar ki, gücsüzdür, onlar ağır bərk hissəcikləri zərərsizləşdirmək üçün nəzərdə tutulmuşdur – məsələn, yanğın zamanı havanı tez təmizləmək üçün. Bitki isə, əksinə, passiv və yavaş, lakin gecə-gündüz işləyir.

Fransız genetikləri Neo P1-i bitkiyə formaldehid, benzol, toluol və ksilolu parçalamaq üçün fermentlər istehsal etməyə imkan verən genlərlə təmin ediblər. Onlar canlılar üçün ən zəhərli sayılırlar, lakin Neo P1-in udulmasından sonra neytral fruktoza və amin turşusuna çevrilirlər. Hər ikisi də bitki tərəfindən böyümək üçün istifadə olunur.

Bitkinin özü ilə yanaşı, xüsusi bir məsaməli dibçək, torpaq və gübrə  almalısınız, bu, 179 dollara başa gələcək.

PAYLAŞ