Bütün “iPhone” smartfonlarına müdaxilə edə bilən proqram hazırlanıb

1385

İsrailin “Cellebrite” şirkəti “iOS 7”-dən “iOS 12.3”-dək əməliyyat sistemlərinin idarəetməsi altında işləyən “iPhone” və “iPad” cihazlarına müdaxilə üçün proqram hazırlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, “UFED Premium” adlandırılmış proqram xüsusi olaraq hüquq-mühafizə orqanları üçün işlənib hazırlanıb.

Sözügedən proqram “Apple”ın cihazlarından başqa “Android” əməliyyat sistemi ilə işləyən smartfonlardakı fayllara da müdaxilə edir.

Emil Hüseynov

 

PAYLAŞ