Çində səkkiz il ərzində yolları buzdan qoruyacaq asfalt aşqarı yaradılıb

130

Çinin Hebey Universitetinin tədqiqatçıları xlorid əsaslı duzların əvəzinə yeni növ asetat əsaslı duzlar hazırlayıblar. Sonuncular təbiətdə çox yayılmış olsa da, ətraf mühitə son dərəcə mənfi təsir göstərir. Son vaxtlara qədər yollarda buzlaşma ilə mübarizə aparmaq üçün onlara alternativ yox idi, bu isə nəqliyyat və piyadalar üçün xeyli problemlər yaradırdı.

Asetat əsaslı duzların xloridlərlə müqayisədə üç əsas üstünlüyü var. Birincisi, onlar buz əmələ gəlmə temperaturu aşağı salır. İkincisi, onlar digər maddələrə münasibətdə daha az aqressiv olaraq  korroziyaya səbəb olmur. Üçüncüsü, çinli kimyaçılar uzun müddət ərzində  yuyulmayan və praktiki olaraq istifadə olunmayan duzu yarada bildilər.

Yeni maddənin sirri ondan ibarətdir ki, o, asfaltdakı mineral əlavəni əvəz edir, onun bir hissəsi olub kənardan səpilmir. Bunun üçün duz natrium bikarbonat, silisium dioksid və yüksək soba şlakları ilə qarışdırılmış və alınmış  toz polimerlə işlənərək  asfalt qarışığına tökülən kapsullar əldə edilmişdi.

5 sm qalınlığında asfalt qatında olan kapsullar 7-8 il ərzində aktiv maddəni tədricən asfalta buraxır. Belə material buz əmələ gəlmə temperaturunu kəskin şəkildə azaldır: 0ºC-dən -21ºC-ə qədər, buna görə də mülayim şaxtalarda buz ümumiyyətlə əmələ gəlmir. Bütün yağıntılar suya çevrilir və drenaj sisteminə axır, yollar təmiz qalır.

PAYLAŞ