Çində “uçan” qatarlar sınaqdan keçirilir

1062

Çində yerə toxunmadan havada hərəkət edən maqnit yastığı üzərində işləyən qatarın sınaqlarına başlanılıb. Layihə “CRRC Qingdao Sifang Co” şirkəti tərəfindən Şanxayda işə salınıb.

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, Çində 600 km/saat layihə sürəti ilə maqnit yastığı üzərində hərəkət edən qatar prototipinin sınaqlarına başlanılıb. Qatar yerə toxunmadan havada hərəkət edir. Tədqiqatçılar sınaq nümunəsini müxtəlif iş rejimlərində kompleks yoxlayıblar. “CRRC Qingdao Sifang” şirkətinin nümayəndəsi bildirib ki, bu hadisə yüksəksürətli levitasiyalı nəqliyyat sisteminin hazırlanmasında böyük bir irəliləyişi ifadə edir.

Bəzi konstruktiv xüsusiyyətləri sayəsində maqnit yastığı üzərində işləyən levitasiyalı qatar hərəkət zamanı çox az səs çıxarır.

Emil Hüseynov

 

PAYLAŞ