Çində ilk sürücüsüz taksinin sınaqları keçirilir

1090

Çinin “WeRide” startapı ölkədə ilk robotlaşdırılmış sürücüsüz taksilər servisini istifadəyə verəcək. Proqrama Quançjou şəhərində start verilib.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, testlər artıq bir həftədir davam edir və şirkət nümayəndələrinin sözlərinə görə, hər şey plan üzrə gedir. Sınaqların startap nümayəndələrini, hökumət, polis və sərnişinləri qane edəcəyi təqdirdə taksi növbəti aydan etibarən fəaliyyətə başlayacaq.

Məlumata görə, robotlaşdırılmış taksilər müvəqqəti olaraq bir ərazidə işləyəcək. Sürücüsüz avtomobilin hərəkəti operator tərəfindən izlənilərək idarə olunacaq.

Şirkət nümayəndələrinin sözlərinə görə, hazırda müxtəlif yol vəziyyətlərini öyrənmək, şəhərin bütün ərazilərini, eləcə də robot taksilərin davranış və reaksiyasını daha yaxşı başa düşmək tələb olunur. “Hər şey tam avtomatlaşdırıldıqdan sonra biz operatorlardan imtina edərək yol üzərində nəzarəti robota təqdim edəcəyik”, – şirkətdən bildirilib.

Nizam Nuriyev

 

PAYLAŞ