2021-ci tədris ili üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul

1007

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il  22 iyun tarixli 365s  nömrəli Sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyası Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun 2021-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul planı təsdiq edilmişdir. Bu plana əsasən AMEA Aşqarlar  Kimyası İnstitutu 2021-ci tədris ili üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya tələbə qəbulu elan edir:

 Elmlər doktoru hazırlığı üzrə

Dissertantura (2 yer) 

2306.01 “Üzvi  kimya”    1-yer

2314.01 “Neft kimya”  1-yer

 Fəlsəfə doktoru hazırlığı  üzrə   

Doktorantura (3 yer) 

2306.01 “Üzvi  kimya”    2-yer

2314.01 “Neft kimya”  1-yer

Dissertantura  (2-yer)                                                                                         

2306.01 “Üzvi  kimya”    1-yer

2314.01 “Neft kimya”  1-yer

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənədlər 05 iyul-20 avqust 2021-ci il tarixlərində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA-nın müvafiq elmi müəssisələrində qəbul ediləcək (Təhsil şöbəsi I mərtəbə).

199_elave

 

PAYLAŞ