Doktorantura və dissertanturaya sənəd qəbulu

137

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akad. Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli 163s nömrəli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı”na və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 06 aprel 2024-cü il  3-29/2-1368/2024 saylı məktubuna əsasən

2024-cü il üçün institutun doktorantura və dissertanturasına sənəd qəbulu elan edir:

 fəlsəfə doktoru hazırlığı üzrə doktoranturanın 
əyani şöbəsinə (büdcə hesabına) –                           2 yer:

2306.01 – “Üzvi kimya” ixtisası üzrə –                   1 yer
2314.01 – “Neft kimyası” ixtisası üzrə –                1 yer

 

fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya
(büdcə hesabına) –                                                    1 yer:

2306.01 – “Üzvi kimya” ixtisası üzrə –                 1 yer

 

Elmlər doktoru hazırlığı üzrə doktoranturanın
qiyabi şöbəsinə (büdcə hesabına) –                          1 yer

 2314.01 – “Neft kimyası” ixtisası üzrə –              1 yer

 

Elmlər doktoru hazırlığı üzrə dissertanturaya
(büdcə hesabına) –                                                    1 yer

 2306.01 – “Üzvi kimya” ixtisası üzrə –                1  yer

 

Doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Portal.edu.az saytına daxil olaraq, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi cari il 16 aprel tarixindən başlayacaq və 15 may tarixində sənəd qəbulu başa çatacaq.

Əlavə məlumat üçün Aşqarlar Kimyası İnstitutunun Təhsil şöbəsinə müraciət etmək olar.

Əlaqə nömrəsi: Tel.: (+99412) 514-96-53, (+99412) 514-96-54.
Email: aki05@mail.ru
Ünvan: Bakı şəh., Böyükşor şosesi, 2062-ci məhəllə

PAYLAŞ