Dünyada İKT mütəxəssislərinin sayı ildə 3,8% artacaq

1253

2020-ci ildə qlobal informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində ştat işçilərinin sayı 2019-cu illə müqayisədə 3,9% artaraq 55,3 milyon nəfərə yaxınlaşacaq. “IDC” tədqiqat şirkətinin proqnozunda deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, mütəxəssislərin gözləntisinə görə, 2019-2023-cü illərdə bazarda tam məşğuliyyət hər il 3,8% artacaq və göstərilmiş müddətin sonunda tam iş günü işləyən əməkdaşların sayı 62 milyonu ötəcək.

Hesabatda deyilir ki, hər bir şirkətdə İKT ilə bağlı vəzifə tapmaq olar.

İKT personalının ən böyük kateqoriyası – bu, 8 əsas iş mövqeyini özündə birləşdirən proqram təminatının hazırlanması və idarə olunmasıdır. Analitiklər İT mütəxəssislərini ikinci qrupa aid ediblər: bura qrafika, multimedia və veb-dizaynla bağlı 5 vəzifə aiddir. Texniki dəstək qrupuna, həmçinin 5 vəzifə daxildir. Analitiklərin proqnozuna görə, yaxın 5 ildə dünyadakı bütün ştat İKT əməkdaşlarının təxminən 75%-i yuxarıda göstərilən vəzifələrdə çalışacaqlar.

Emil Hüseynov

PAYLAŞ