Elm və Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiqlənib.
https://moderator.az/az/cemiyyet/684083/elm-ve-tehsil-nazirliyinin-strukturuna-daxil-olmayan-qurumlarin-siyahisi-tesdiqlendi/
Moderator.azxəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, Nazirlər Kabinetinin “Elm və Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edilib.
Qərara əsasən, Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki orta ixtisas təhsili müəssisələrinin və digər qurumların, Peşə Təhsili üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki peşə təhsili müəssisələrinin, digər qurumların və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələri və digər qurumların siyahılarını təsdiq etməlidir.