Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi
Fevralın 28-də keçirilən görüşdə Elm va Təhsil Nazirliyinin (ETN) Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin və ETN-in tabeliyində olan elmi müəssisələrin nümayəndələri iştirak edib.
Görüşdə elmin populyarlaşdırılması, bu sahədə elmi müəssisələrin, alimlərin və media nümayəndələrinin qarşısında duran vəzifələr, elmi müəssisələrin fəaliyyətinin ictimaiyyətə çatdırılması istiqamətində görüləcək işlər müzakirə olunub. Həmçinin keyfiyyətli məzmun yaradılmasının önəmi, media sahəsində peşəkar vərdişlərin inkişafına dəstək,institutlar arasında kommunikasiyanın gücləndirilməsi və səmərəli tərəfdaşlıqların qurulması imkanları diqqətə çatdırılıb.