4-5 mart tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşklilatçılığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Elsevier” şirkətinin nümayəndəsi Saide Sak tərəfindən təlim keçirilib.
Təlimdə Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun 3 əməkdaşı iştirak edib. Təlimin əsas məqsədi iştirakçılara dünyanın ən böyük elmmetrik bazaları olan “Scopus” və “ScienceDirect”dən istifadə qaydaları barədə zəruri məlumatların çatdırılmasıdır.
Təlimdə elmmetrik bazalarda müəllif profillərinin idarə olunması, tədqiqat işlərinin nəşr olunma prosesi, uğurlu tədqiqat üçün effektiv axtarış və təhlil üsulları, tədqiqat sahəsində əməkdaşlıqların qurulması kimi mövzular müzakirə olunub və axırada qruplarla iş aparılıb.
Sonda mövzu ilə bağlı təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.