Emin Əmrullayev: Alimlərimizin nüfuzlu elmi nəşrlərdə dərc edilmiş məqalələrinin sayı 2 dəfə artıb

66

“2024-cü ildə alimlərimiz tərəfindən nüfuzlu elmi nəşrlərdə dərc edilmiş məqalələrin sayı 2022-ci illə müqayisədə 2 dəfə artıb”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev sosial media hesabında paylaşım edib.

Paylaşımda qeyd edilib ki, məqalələrin 61 faizi Q1 və Q2 kvartilli jurnallarda dərc olunub, üçdə ikisi isə beynəlxalq əməkdaşlıq çərçivəsində yazılıb:

“Bu rekord nəticə gələcək illərdə həm ali təhsil müəssisələrimizin beynəlxalq reytinqlərdəki mövqeyinin yüksəlməsinə, həm də digər qlobal hesabatlarda ölkəmizə aid göstəricilərin yaxşılaşmasına təsir edəcək. Qeyd edim ki, məlumatlar dünyanın aparıcı iki elmi nəşrlər bazasından biri olan “Scopus”dan götürülüb”.

https://www.muallim.edu.az/news?authorId=66fa95e88b7f6877a0bb1991
PAYLAŞ