Emin Əmrullayev: Elm layihə əsaslı maliyyələşmə sisteminə keçməlidir

30

20.11.2024

Bakı, 20 noyabr, AZƏRTAC

Ayrılan elmi xərclərin əsas hissəsi əməkhaqlarının ödənişidir. Biz ödənişi elmi nəticələrə bağlamalıyıq. Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik. Elm mütləq layihə əsaslı maliyyələşmə sisteminə keçməlidir.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

“Biz elmi nəticəsi olan 100-dək alimə əlavə ödənişlər etməyə başlamışıq. Burada elmi adlara deyil, ölçülə bilən elmi fəaliyyətə görə ödəniş olmalıdır. İslahatların əsası budur ki, pul adlara görə verilməyəcək, elmi fəaliyyət əsas götürüləcək”.

PAYLAŞ