“Facebook” tanışlıq üçün yeni servis istifadəyə verib

1375

“Facebook” sosial şəbəkəsi ABŞ, Cənubi Amerika və Cənub-Şərqi Asiya ölkələrində tanışlıq üçün “Facebook Dating” adlı yeni servis istifadəyə verib.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, məlumata görə, yeni servisdə 18 yaşdan yuxarı şəxslər profil yarada bilərlər. Proqram istifadəçi üçün uyğun şəxsi onun qeydiyyat zamanı göstərdiyi maraq və üstünlüklər əsasında seçəcək. Bundan başqa, tanışlıq üçün əlavə “Facebook”da qoyulan “Like”ları analiz edərək bu informasiyaya uyğun daha münasib tərəfdaşı müəyyənləşdirəcək. Həmçinin “Instagram” postlarının servisə köçürülməsi imkanı mövcuddur.

“Facebook Dating” 19 ölkədə, ö cümlədən Argentina, Braziliya, Kolumbiya, Meksika, Sinqapur, Tailand və Vyetnamda istifadəçilərin sərəncamına verilib. Servisin Avropada 2020-ci ildə işə salınması nəzərdə tutulur.

Şirkət rəhbəri Mark Sukerberq “Facebook”da tanışlıq üçün əlavənin yaradılması ilə bağlı planı ötən ilin mayında Kaliforniyada keçirilən “F8” konfransında açıqlayıb. Populyar sosial şəbəkə təsisçisi qeyd edib ki, gələcək servis “ciddi münasibət”lərə başlamaq istəyən insanlar üçün yaradılacaq.

 

Nizam Nuriyev

 

PAYLAŞ