Gənc alimin beynəlxalq ekspert fəaliyyəti sertifikata layiq görülüb

1152

AMEA Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, dosent Əfsun Sucayevin “Bioorganic chemistry” (Bioüzvi kimya) jurnalındakı beynəlxalq ekspert fəaliyyəti sertifikata layiq görülüb. O, 2018-ci ildən jurnallla əməkdaşlıq edir. Jurnalın ekspertlər siyahısına daxil edilib. İndiyə qədər bu jurnaldan gönərilən 10-dan çox məqaləyə elmi rəy vermişdir.

Məlumat üçün bildirək ki, dünyanın nüfuzlu nəşriyyatlarından biri sayılan Elsevier”ın nəşri olan “Bioorganic Chemistry” “Web of Science” bazasına daxildir, hər buraxılışında üzvi kimya, biokimya və tibb sahəsində aparılan fundamental nəzəri və tətbiqi elmi tədqiqatlarla bağlı nüfuzlu məqalələr dərc olunur. Jurnalın impakt faktoru 3.926-dır.

 

PAYLAŞ