13 dekabr 2024-cü il tarixində Türkiyənin İstanbul Universitetində Cərrahpaşa Kimya Bölümünün təşkilati dəstəyi ilə “En-Chem’SS- Yenilənə bilən Enerji” Yaşıl Kimya konfransı keçirilib. Türkiyə Kimya Dərnəyi başkanı Prof. Dr. Bahattin Yalçın və Prof. Dr. Reşat Apak tərəfindən qonaqlarla yenilənəbilən enerji və yaşıl kimya mövzularında ətraflı müzakirələr aparılmışdır. Bu möhtəbər elmi müzakirələrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun “Üzvi birləşmələrin və kompozisiyaların analizi və fiziki-kimyəvi tədqiqi” laboratoriyasının müdiri, k.ü.f.d. Mənsurə Hüseynova dəvətli qonaq kimi qatılıb. O, interaktiv müzakirələrə qoşularaq 12-22 noyabr 2024-cü il tarixlərində Bakıda keçirilən “COP29” qlobal iqlim konfransının əhəmiyyəti və bu il Azərbaycanda elan edilən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmizdə görülən işlər, o cümlədən Aşqarlar Kimyası İnstitutunda qlobalq ekoloji problemlərin həlli istiqamətində aparılan elmi tədqiqatlar haqqında məlumat verib.