GDU-DA “KİMYANIN MÜASİR ÇAĞIRIŞLARI” ADLI I BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏK

1

01-02 may 2026-cı il tarixlərində Gəncə Dövlət Universitetində “Kimyanın müasir çağırışları” adlı I beynəlxalq konfrans təşkil ediləcək.

Konfransın işi aşağıdakı elmi istiqamətlərə həsr olunacaq:

  • Yaşıl və dayanıqlı kimya

(Ekoloji təmiz proseslər, alternativ enerji, tullantısız texnologiyalar, ətraf mühitin mühafizəsi, aqrokimya, biokimya);

  • Kimyəvi materialşünaslıq və nanotexnologiyalar

(Funksional materiallar, nanomateriallar, kompozitlər, yeni nəsil material sistemləri) ;

  • Fundamental kimya: üzvi, qeyri-üzvi, fiziki kimya və analitik kimya

(Sintez, reaksiya mexanizmləri, spektroskopiya, nəzəri və eksperimental tədqiqatlar) ;

  • Tətbiqi kimya və kimyəvi texnologiyalar

(Sənaye prosesləri, kataliz, neft-kimya, enerji sistemləri və innovativ texnologiyalar) .

Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.

İştirakla bağlı məlumat və məqalə elektron formada  31 mart 2026-cı ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir:

E-mail: elm@gdu.edu.az

Konfransın təqvimi

Məqalələrin göndərilməsi üçün son tarix                            31 mart 2026- cı il;

Çap olunmuş məqalələr məcmuəsinin paylanması              01 may 2026- cı il;

Konfransın təntənəli açılış mərasimi                                   01 may 2026- cı il;

Bölmə iclasları                                                                     01-02 may 2026-cı il;

Konfransın bağlanış mərasimi                                             02 may 2026-cı il.

FORMA 1. Məqalənin tərtibi qaydaları

  1. Məruzə və ya tezislərin həcmi 3000 işarədən az olmamalıdır, format A4, ölçü 12, şrift Times New Roman, hər tərəfdən 2,5 sm., 1 interval, abzas 1. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.
  2. Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.
  3. Xülasə: Azərbaycan, rus, ingilis dili.
  4. Konfransa problem xarakterli məqalələr qəbul olunur.
  5. Açar sözlər məqalənin adından sonra göstərilməlidir.

Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məs: [2] və ya [2, səh.14-15].

  • Məqalə  tərtib qaydalarına cavab verməsə  çap olunmayacaq.

Materialların strukturu:

  1. Məqalənin adı böyük hərflərlə-qalın şriftlə;
  2. Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi- qalın şriftlə;
  3. Təşkilat və şəhərin adı-adi şriftlə;
  4. Hər bir müəllifin adına  bir məqalə olmalıdır. İkinci məqalə çap olunmayacaq.

Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə izahat verilməyəcək.

Məqaləyə görə bütün məsuliyyəti müəllif daşıyır.

Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz: AZ -2000, Heydər Əliyev prospekti 429, Gəncə Dövlət Universiteti, Gəncə şəhəri, Azərbaycan Respublikası.

E-mail:  elm@gdu.edu.az,  (+99422) 266 01 88.

PAYLAŞ