Geniş yayılmış preparat ürək xəstəliklərindən ölüm riskini azaltmağa kömək etdi

567

13 ölkədən olan alimlər qrupu tərkibində aspirin olan politabletin infarkt və insult piskini azaltdığını bəyan etdi

Beynəlxalq tədqiqatçılar qrupu tərkibində aspirin, statinlər (xolesterini azaldan dərmanlar) və qan təzyiqini normallaşdırmaq üçün iki dərman olan preparatla müalicənin ürək-damar xəstəliklərindən ölüm riskini 2 dəfə azaltdığını göstərdi. Onların tədqiqatının nəticələri  The Lancet -də nəşr olunur. 13 ölkədən olan alimlər əvvəllər ürək-damar xəstəliyi olmayan 26 ölkədən 18 min xəstə üzərində üç klinik araşdırmadan  əldə etdikləri məlumatları təhlil etmişlər. Bu tədqiqatda sabit dozaya malik iki  kombinə edilmiş dərman preparatı (biri aspirinlə, digəri isə aspirinsiz) müqayisə edilmişdi. Məlum olmuşdur ki, birinci preparatın qəbulu infarkt riskini 53%, insult riskini 51% və ürək-damar xəstəliklərindən ölüm riskini 49% azaldır. Eyni zamanda, alimlərin  qeyd etdiyi kimi, birləşmə həm hər bir komponentin ayrılıqda, həm də bir politablet halında qəbulu zamanı uğurlu olmuşdur.

“Dərmanın təsiri  şəkərli diabetin mövcudluğundan asılı olmayaraq, müxtəlif təzyiq və xolesterin səviyyələrində eynidır. Ancaq ən böyük effekti yaşlı insanlarda əldə etmək mümkündür”deyərək tədqiqatın ilk müəllifi, McMaster Universitetinin (Kanada) dosenti Filip Cosef qeyd etmişdir.

Alimlərin hesablamalarına görə, dərmanın genişmiqyaslı istifadəsi hər il 5-10 milyon arasında olan insult, infarkt və onlardan ölüm hallarının qarşısını almağa kömək edə bilər.

PAYLAŞ