“Google Chrome” brauzeri köhnə kompüterlərdə işləməyəcək

267

“Google Chrome” proqram təminatının əsasını təşkil edən “Chromium” brauzerinin yaradıcıları bir sıra kompüterlərdə dəstəyin dayandırılmasını elan ediblər. Bu haqda “MSPoweruser” nəşri yazıb.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, yeni “Chrome 89” versiyasının çıxarılması ilə müvafiq qurğularda dəstəyin dayandırılmasına başlanılacaq. Jurnalistlər bildiriblər ki, bu yalnız bir sıra prosessorlarla (Intel Atom və Celeron M kimi) işləyən köhnə fərdi kompüterlərə aiddir.

Beləliklə, “Chrome 89” versiyasından etibarən proqram quraşdırıcısı köhnə qurğularda işləməyəcək. Bu dəyişikliyin yalnız “Windows” əməliyyat sisteminin idarəetməsi altında işləyən kompüterlərə aid ediləcəyi gözlənilir, çünki əksər populyar əməliyyat sistemləri (məsələn, “Android”, “iOS”, “macOS”) “SSE3” əmrlər dəstini dəstəkləyir.

PAYLAŞ