Həkim gündə üç dəqiqə ərzində görmə qabiliyyətini yaxşılaşdırmağın yollarını açıqladı

99

Yaponiyalı oftalmoloq Rui Hiramatsu görmə qabiliyyətini yaxşılaşdırmağın yollarını açıqladı. Abc.es portalı bu barədə məlumat verir.

Onun sözlərinə görə, gözlər mütəmadi olaraq məşq etdirilməlidir. Birinci üsul fərqləri tapmaq üçün xüsusi nümunələr olan Qabor ləkə məşqləridir. Gündə yalnız üç dəqiqə edilməlidir. İlk müsbət nəticə iki həftədən sonra nəzərə çarpacaq.

İkinci üsul termoterapiyadır. Bir dəsmalı isladın və mikrodalğalı sobada 30-40 saniyə qızdırın. Bağlı göz qapaqlarına isti parçanı qoyaraq soyuyana qədər gözləyin.

Üçüncü üsul çox miqdarda ispanaq yeməkdir. Belə ki ispanaq katarakt və makula degenerasiyasının qarşısını aldığı üçün pəhrizinizə daxil edilməlidir.

PAYLAŞ