Çin alimləri daha səmərəli müalicəni təmin edən “ağıllı” sarğı hazırlayırlar. Belə sarğı orqanizmdə bakterial infeksiyanın mövcud olması haqqında məlumat verməklə yanaşı, həm də xəstəyə optimal dozada dərman daxil edə bilir.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, həkimlər çox vaxt xəstələrə tam sağalana kimi antibiotik təyin edirlər. Ancaq bəzən bu, infeksiyada müəyyən antibiotiklərə qarşı immunitet formalaşmasına səbəb olur və müalicə müddəti uzana bilər. Çin alimlərinin sözlərinə görə, onların yeni hazırlaması bu problemi aradan qaldırır.
Xəstədə bakterial infeksiya olduğu halda sarğı xəstəliyin daxil edilən dərmanlara qarşı davamlılığını göstərmək üçün öz rəngini dəyişdirir. Bundan başqa, sözügedən sarğı yalnız zərurət olduqda orqanizmə antibiotik daxil edə bilər.
Emil Hüseynov