Hindistan dünyada ən yüngül peyki orbitə çıxarıb

1398

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) dünyanın  ən yüngül peyki – “Kalamsat-V2”-ni orbitə çıxarıb. Bu haqda Hindistanın “NDTV” telekanalı məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, sözügedən peykin çəkisi 1,26 kq-dır. Aparat “Space Kidz India” özəl təşkilatının dəstəyi ilə hindistanlı tələbələr tərəfindən yığılıb. “Kalamsat-V2” peykinin orbitə uğurlu çıxarılmasından sonra “ISRO”-nun direktoru ölkənin bütün tələbələrini kosmik tədqiqatlar sahəsində əməkdaşlığa səsləyib.

PAYLAŞ