İnsan bədənində ən mürəkkəb toxumalardan birinin 3D implantı hazırlanıb

1529

Alimlər osteoxondronal toxumanın bərpası üçün 3D implantın yaradılmasına daha da yaxınlaşıblar. Sümük və qığırdaq arasında yerləşən bu mürəkkəb elementin sağalması bir çox idmançılar üçün problemdir.

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, amerikalı alimlər qrupu osteoxondronal toxumanın fiziki xüsusiyyətlərinin bərpası üzrə ilkin nəticələri təqdim ediblər. Bu mürəkkəb bioloji toxuma sümük və qığırdaq arasında yerləşir və diz, topuq və dirsək zədələrinə görə, həmçinin qocalma ilə əlaqədar tez-tez zədələnir.

Osteoxondral toxumanın strukturu onu imitasiya etmək üçün son dərəcə mürəkkəbdir, ancaq alimlər implantın gələcək prototipini çap etməyə müvəffəq olublar. Bu barədə məlumat Rays Universitetinin saytında dərc edilib.

Alimlər komandası analoqun yaradılması üçün polimer və keramika qarışığından istifadə edib.

PAYLAŞ