İnternetdə məlumat itkisindən necə qorunmaq olar?

1530

ESET Russia”nın mütəxəssisi Andrey Yermilov istifadəçilərə öz şəxsi hesablarını qorumaq üçün tövsiyələr verib. Onun sözlərinə görə, ilk növbədə parollar müntəzəm olaraq dəyişdirilməlidir.

“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, “eyni paroldan istifadə etdikdə məlumat itkisi qaçılmazdır. Parollar müntəzəm dəyişdirildikdə və aktuallığını itirdikdə, spam və reklam göndərmələrindən başqa heç bir təhlükə yoxdur ” – mütəxəssis deyib. Mütəxəssis, həmçinin bir neçə poçt qutusu yaratmağı tövsiyə edib: biri şəxsi, ikincisi isə müxtəlif xidmətlərdə qeydiyyatdan keçmək üçün.

“İndiki dövrdə belə məlumat itkilərindən qorunmaq, demək olar ki, qeyri-real səslənir. İndi istənilən mağaza və ya internet xidmət öz istifadəçiləri haqqında informasiya toplayır” – ekspert bildirib.

Məlumat üçün bildirək ki, dünən hakerlər internetdə təxminən 700 milyon elektron poçt ünvanı və 20 milyondan çox parol yerləşdiriblər. Ekspertlər hər ehtimala qarşı istifadəçilərə öz hesab və elektron poçtlarında parolu dəyişməyi tövsiyə ediblər.

http://ictnews.az

PAYLAŞ