İqtisadiyyat üzrə Nobel laureatının adı açıqlandı

116

Oktyabrın 9-da İsveç Kral Elmlər Akademiyası Alfred Nobelin xatirəsinə iqtisadi elmlər sahəsində “Sveriges Riksbank” adına mükafatın verilməsi haqqında qərar qəbul edib. Beləliklə, 2023-cü il üzrə iqtisadiyyat sahəsində Nobel mükafatına “əmək bazarında qadınların rolu barədə anlayışımızı yaxşılaşdırdığına görə” Harvard Universitertindən Klaudiya Qoldin layiq görülüb.

Xatırladaq ki, mükafat 1968-ci ildə İsveçin Mərkəzi Bankının (Sveriges Riksbank) 300-cü ildönümü münasibətilə bankın “əbədi” fondu tərəfindən təsis edilib.

Oruc MUSTAFAYEV

PAYLAŞ