ISESCO koronavirusa qarşı vaksinin hazırlanması üçün 200 min dollar məbləğində mükafat təsis edib

1286

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) COVID-19 virusuna qarşı vaksin yaradılmasına görə 200 min dollar məbləğində mükafat təsis edib. Bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.

Bildirilib ki, mükafat koronavirusa qarşı vaksin hazırlayacaq şəxsə və ya tədqiqat aparan qrupa veriləcək.

ISESCO-nun baş direktoru Salim Əl-Malikin sözlərinə görə, təşəbbüs qlobal pandemiya təhlükəsi yaradan virusun qarşısının daha tez alınması məqsədilə irəli sürülüb. Mükafatın təsis edilməsi ISESCO-nun elmi tədqiqatların dəstəklənməsi çərçivəsində həyata keçirilib. “Biz hökumətləri, beynəlxalq təşkilatları, vətəndaş cəmiyyəti institutlarını bu təhlükəli virusun qarşısının alınması üçün səyləri birləşdirməyə çağırırıq”, -deyə Əl-Maliki vurğulayıb.

PAYLAŞ