İstənilən səthi sensora çevirəcək elektron sprey təqdim olunub

1160

3D çap və püskürdülən elektron texnologiyalar metodlarının birləşməsi sayəsində tədqiqatçılar, demək olar ki, istənilən səthə uyğunlaşdırıla bilən yeni tip sensor ekran hazırlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “popmech.ru” saytına istinadən yazır ki, təqdimat çarxında “ProtoSpray” texnologiyasının kub, yarımkürə və Möbius lenti ilə işləmə prosesi nümayiş etdirilib.

Bu obyektlər çap edilmiş 3D alt qat, ona birləşdirilmiş elektrodlar və bərabər paylanmış elektrolüminessensiya mürəkkəb təbəqəsindən ibarətdir. Tədqiqatçıların sözlərinə görə, onların məqsədi insanlarda ekranlar haqqında yeni anlayış yaratmaqdır.

Elektrik cərəyanı verildikdə rənglənmiş səthlər qismən yanır və ya sadə sensor toxunuşlara reaksiya verir ki, bunu da, məsələn, qapıların açılması və ya muzeylərdə ekskursiyalar üçün işıqsaçan işarələrin yaradılmasında istifadə etmək olar.

Emil Hüseynov

PAYLAŞ