İtaliya alimləri yuxunun diabetin inkişafına təsirini aşkar etmişlər

843

Sağlam olmayan yuxu artıq çəkili insanlarda diabet və ürək xəstəliklərinin inkişafına kömək edir.

Frederick II adına Neapol Universitetinin (İtaliya) mütəxəssisləri 172 könüllünün iştirakı ilə tədqiqat aparmışlar. Elmi işin əsas məqsədi yuxunun keyfiyyətinin insan sağlamlığına təsirini müəyyənləşdirmək idi. Alimlərin əldə etdikləri nəticələr EurekAlert nəşrində dərc edilmişdir.

Tədqiqatçılar gec yatan insanların 2-ci tip  diabet xəstəliyinə tutulma ehtimalının yüksək olduğunu söyləmişlər. Bu halda diabetə tutulma ehtimalı 6 dəfə, eyni zamanda ürək-damar sistemi xəstəliklərinin inkişaf ehtimalı da 4 dəfə artır.

PAYLAŞ