Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Kimya İnstitutu” PHŞ-də “1Mart – Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə mülki maarifləndirici tədbir keçirilib.
Tədbirdə manqa rəhbərləri və institutda istehsalat təcrübəsi keçən tələbələr də iştirak ediblər.
Akademik Vaqif Fərzəliyev “Yanğın təhlükəsizliyi haqqında” və “Mülki müdafiə haqqında” qanunlardan da danışıb, işçiləri maarifləndirib.
Kimya üzrə fəlsəfə doktoru Elxan İsakov institut əməkdaşlarının təhlükəsizliyinin təmin olunması ilə bağlı tədbirlər haqqında məlumat verib. Yanğına qarşı təbliğat apararaq, işçilərə və institutda təcrübə keçən tələbələrə yanğın təhlükəsizliyi tədbirlərindən danışıb.
Sonda “1Mart – Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar videoçarx nümayiş olunub.





