Kimya İnstitutunda 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub

2

AR ETN “Kimya İnstitutu” PHŞ-nin  Aşqarlar Kimyası bölməsində 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Bu gün münasibətilə akademik Vaqif Fərzəliyev qadın əməkdaşları təbrik edib, onlara möhkəm cansağlığı, ailə səadəti və elmi fəaliyyətlərində uğurlar arzulayıb. O qeyd edib ki: “Azərbaycan qadını daima öz isməti, müdrikliyi, zərifliyi ilə seçilib. Eyni zamanda qadınlarımız elmi fəaliyyətlərində də uğurlar əldə ediblər”.

Daha sonra kimya üzrə fəlsəfə doktoru, dosent Elxan İsakov qadınlar haqqında xoş sözlər söyləyib, onları təbrik edib və hədiyyələr təqdim olunub.

PAYLAŞ