AR ETN “Kimya İnstitutu” PHŞ-də “Davamlı üzvi çirkləndiricilər” mövzusunda maarifləndirmə seminarı keçirilib.
Seminarın gündəliyi haqqında məlumat verən akademik Vaqif Fərzəliyev belə seminarların gənc alimlərə, doktorant və dissertantlara əhəmiyyətini vurğulayıb. İnstitutda bu istiqamətdə aparılan işlərdən danışıb.
Sonra kimya üzrə fəlsəfə doktoru İradə Eyvazova “Davamlı üzvi çirkləndiricilər” mövzusunda təqdimatla çıxış edib.
O, qeyd edib ki: “Davamlı üzvi çirkləndiricilər – ən təhlükəli üzvi birləşmələrin ümumi adıdı. Anlayış olaraq 2001-ci ilin 23 mayında İçveçin paytaxtı Stokolm şəhərində qəbul olunmuş “Davamlı üzvi çirkləndiricilər haqqında Stokholm Konvensiyası”ında dövriyyə çıxmışdır. Davamlı üzvi çirkləndiricilər təbii şəraitdə bioloji parçalanmayan və yavaş-yavaş pozulmayan kimyəvi maddələri əhatə edir. Bunlara kənd təsərrüfatında pestisid keyfiyyətində tətbiq olunan, sənayedə istifadə edilən və ya yanma və sənaye proseslərində yan məhsulları olaraq meydana bir qrup sintetik birləşmələr aiddir. Davamlı üzvi çirkləndiricilər dayanaqlılığı, uzun məsafələri qət etərək yayılması və insanları, heyvanları və bitkiləri zəhərləyərək ətraf mühit obyektlərinin və canlı orqanizmlərin toxumalarında toplanması ilə qlobal olan ekoloji bir problemdir”.
Mövzu ətrafında müzakirələr aparılıb və çoxsaylı suallar cavablandırılıb.





