Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru k.e.d., professor Əfsun Sucayev dünyaca məşhur “Wiley” nəşriyyatının növbəti aparıcı jurnalı olan “Chemistry and Biodiversity” tərəfindən beynəlxalq rəyçi sertifikatına layiq görülüb.
İnstitutdan verilən məlumata görə, o, sertifikatla jurnalın baş redaktoru və redaksiya heyəti tərəfindən çox yüksək qiymətləndirilən 2024-cü ildəki fəaliyyətinə görə təltif olunub.
Chemistry & Biomüxtəliflik təbiəti molekulyar və makromolekulyar səviyyədə araşdıran fənlərarası jurnaldır. Nəşr kimya və biologiya elmləri arasında sərhədi keçən bütün tədqiqat sahələrindən biorelevant mövzuların geniş spektrini əhatə edir. Journal Citation Reports-a əsasən, Q2 kateqoriyalı jurnalın impakt faktoru 2.3-ə bərabərdir.