Kimyaçı alim dünyaca məşhur “Wiley” nəşriyyatının beynəlxalq sertifikatına layiq görülüb

16

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru k.e.d., professor Əfsun Sucayev dünyaca məşhur “Wiley” nəşriyyatının aparıcı jurnalı olan “Applied Organometallic Chemistry” tərəfindən beynəlxalq rəyçi sertifikatına layiq görülüb.

İnstitutdan verilən məlumata görə, o, sertifikatla jurnalın baş redaktoru və redaksiya heyəti tərəfindən çox yüksək qiymətləndirilən 2024-cü ildəki fəaliyyətinə görə təltif olunub.

“Applied Organometallic Chemistry” jurnalı metal-üzvi kimyanın bütün sahələrində tədqiqatlar dərc edir. Bu aparıcı kimya jurnalı materialşünaslıq, kataliz, bioqeyri-üzvi kimya və tibb də daxil olmaqla geniş sahələr üzrə tətbiqləri əhatə edir.

Journal Citation Reports-a əsasən, Q2 kateqoriyalı jurnalın impakt faktoru 3.7-ə bərabərdir.

 

PAYLAŞ