Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru k.e.d., professor Əfsun Sucayev dünyaca məşhur “Elsevier” nəşriyyatının aparıcı jurnalı olan “European journal of medicinal chemistry” tərəfindən beynəlxalq rəyçi sertifikatına layiq görülüb.
İnstitutdan verilən məlumata görə, o, sertifikatla jurnalın baş redaktoru və redaksiya heyəti tərəfindən çox yüksək qiymətləndirilən 2025-ci ilin birinci yarımilində yerinə yetirdiyi beynəlxalq rəyçilik fəaliyyətinə görə təltif olunub.
“European journal of medicinal chemistry” jurnalı dərman kimyasının əsas aspektləri üzrə elmi tədqiqatlar dərc edən qlobal jurnaldır. Tədqiqatçılara apardıqları orijinal tədqiqatların mühüm nəticələrinin nəşri üçün əsas vasitə hesab olunur. Journal Citation Reports-a əsasən, Q1 kateqoriyalı jurnalın impakt faktoru 5.9-ə bərabərdi