Kimyaçı alim növbəti dəfə daha bir nüfuzlu jurnalın beynəlxalq rəyçi sertifikatı ilə təltif edilib

19

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru kimya elmləri doktoru professor Əfsun Sucayev dünyaca məşhur “Elsevier” nəşriyyatının daha bir aparıcı jurnalı olan “Journal of Molecular Liquids” tərəfindən beynəlxalq rəyçi sertifikatına layiq görülüb.

İnstitutdan verilən məlumata görə, o, 2025-ci ildə jurnaldan göndərilən əlyazmaya dəqiq və düzgün rəy verməklə sözügüdən jurnalın beynəlxalq bazalarda mövqeyinin möhkəmlənməsi, nüfuzunun artırılması və elmmetrik göstəricilərinin yüksəldilməsinə verdiyi töhfələrə görə sertifikatla təltif olunub.

“Journal of Molecular Liquids” jurnalı struktur, dinamika və molekullararası qüvvələrlə bağlı xüsusi mayelərin və ya maye sistemlərin molekulyar (və ya mikroskopik) anlayışına və molekulyar səviyyədə struktur və dinamik xassələrdə, termodinamik kəmiyyətlərdə, funksiyalarda və reaksiyalarda həlledici rollarına həsr olunan məqalələrin dərc olunmasına önəm verir. Nəşr üçün eksperimental tədqiqatlar, kompüter simulyasiyaları, kvant kimyəvi hesablamalar və analitik nəzəriyyədən bəhs edən məqalələr nəzərdən keçirilir.

Journal Citation Reports-a əsasən, Q1 kateqoriyalı jurnalın impakt faktoru 5.3-ə bərabərdir.

 

PAYLAŞ