Kimyaçı alim “Wiley” nəşriyyatının jurnallarının rəyçi sertifikatları ilə təltif edilib

137

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru, professor Əfsun Sucayev dünyaca məşhur “Wiley”nəşriyyatının “ChemistrySelect” və “Chemistry & Biodiversity” jurnalllarının növbəti beynəlxalq rəyçi sertifikatları ilə təltif edilib.

İnstitutdan bildirilib ki, o, bu sertifikatlara indiyə qədər hər iki jurnaldan təqdim olunan əlyazmalara operativ və obyektiv rəy verməklə sözügedən jurnalların daxil olduğu “Web of Science” və “Scopus” bazalarında mövqelərinin möhkəmlənməsi, nüfuzunun artırılması və elmmetrik göstəricilərinin yüksəldilməsinə verdiyi töhfəyə görə layiq görülüb.

“Chemistry & Biodiversity” və “ChemistrySelect”  kimya və tibb elmlərinin multidissiplinar tədqiqat sahələrini əhatə edən beynəlxalq səviyyəli tədqiqatların mühüm nəticələrindən bəhs edən məqalələrin dərc olunmasına üstünlük verirlər. Başqa sözlə hər iki nəşr tədqiqat məqalələri, dəvət olunmuş rəylər və perspektivlər şəklində həm sahəyə, həm də fənlərarası töhfələri dərc edir. Kimyanın bütün sahələrini və ona bağlı sahələri əhatə edən resenziyalı elmi jurnallardır.

Bu dərgilər Science Citation Index Expanded və Scopus-da indekslənir.

Journal Citation Reports-a əsasən, “Chemistry & Biodiversity” və “ChemistrySelect”in impakt faktoru müvafiq olaraq 2.408 və 2.307-ə bərabərdir.

PAYLAŞ