Kimyaçı alimin 2024-cü il üzrə beynəlxalq rəyçi fəaliyyəti sertifikata layiq görülüb

4

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru kimya elmləri doktoru professor Əfsun Sucayev dünyaca məşhur “Elsevier” nəşriyyatının “Food Bioscience” jurnalının redaksiya heyəti tərəfindən beynəlxalq rəyçi sertifikatına layiq görülüb.

İnstitutdan verilən məlumata görə, o, 2024-cü ildə təqdim olunan hər bir əlyazmanı dəqiq və dürüst araşdıraraq, onun dərc olunması üçün uyğunluğu barədə obyektiv rəy verməklə sözügedən jurnalın nüfuzlu beynəlxalq bazalarda mövqeyinin möhkəmlənməsi, nüfuzunun artırılması və elmmetrik göstəricilərinin yüksəldilməsinə verdiyi töhfələrə görə sertifikatla təltif olunub.

“Food Bioscience” multidissiplinar fənlərlə əlaqəli qida tədqiqatları sahəsində son inkişaflar üçün bir forum təmin etmək məqsədi daşıyan jurnaldır. Jurnal qida biotədqiqatının etnik və mədəni aspektlərinə xüsusi diqqət yetirməklə bütün dünyada fundamental və tətbiqi tədqiqatların mühüm nəticələrini yayımlayır.

Journal Citation Reports-a əsasən, Q1 kateqoriyalı jurnalın impakt faktoru 4.8-ə bərabərdir.

 

PAYLAŞ