Kimyaçı alimin beynəlxalq rəyçi fəaliyyəti məhsuldar olub

171

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru kimya elmləri doktoru, dosent Əfsun Sucayev “Elsevier” nəşriyyatının Molekulyar Struktur jurnalının (Journal Molecular Structure) redaksiya heyəti tərəfindən beynəlxalq rəyçi sertifikatına layiq görülüb.

İnstitutdan bildirilib ki, Ə.Sucayev son bir ildə adı qeyd olunan jurnaldan daxil olunan 15 məqaləyə rəy verib.

Molekulyar Struktur Jurnalı 1968-ci ildən Elsevier ScienceDirect tərəfindən nəşr olunan elmi jurnaldır. İmpakt faktoru 3.841 olan jurnal “Web of Science” bazasına daxildir.

Nəşrə daxil olan məqalələrdə kimyanın molekulyar quruluş kimi nəzəri məsələri müzakirə olunur.

 

PAYLAŞ