Kimyaçı alimlər antidiabetik dərman potensialına malik yeni nəsil ferment inhibitorları yaradıblar

131

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun aparıcı alimlərinin Türkiyədən olan həmkarları ilə beynəlxalq səviyyədə canlı orqanizmlərin bəzi patoloji proseslərinin yeni nəsil inhibitorlarının yaradılması istiqamətində həyata keçirdikləri elmi tədqiqatın mühüm nəticələri “Web of Science” bazasında arxivləşdirilən Q2 kateqoriyalı impakt faktoru 2.4 olan dünyaca məşhur “Springer Nature” nəşriyyatının  “Macromolecular Research” jurnalında araşdırma məqaləsi kimi (Afsun Sujayev, Nastaran Sadeghian, Parham Taslimi, Namık Kılınç, Musa Akkuş, Burak Özçelik, Vagif Farzaliyev, Saleh H. Alwasel & İlhami Gülçin, Functionally substituted derivatives of novel thiourea and phenylthiourea as potent aldose reductase, α-amylase, and α-glycosidase inhibitors: in vitro and in silico studies, 2024, 19 February 2024, https://doi.org/10.1007/s13233-024-00247-9) dərc olunub.

İnstitutdan bildirilib ki, alimlər tiokarbamid və feniltikarbamidin funksional olaraq əvəz edilmiş törəmələrindən istifadə etməklə α-qlikozidaza, α-amilaza və AR fermentlərinə qarşı effektiv inhibə fəallıqlarına malik yeni nəsil inhibitorlar yaratmışlar. Bu birləşmələr antidiabetik dərman potensialına malikdir. Çünki onlar yuxarıda adları qeyd olunan fermentlərin selektiv inhibitorlarıdır.

PAYLAŞ