Kimyaçı alimlərimizin məqaləsi “РИНЦ” elmi bazasına daxil olan jurnalda dərc olunub

178

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun  alimlərinin müəllifi olduqları məqalə (Новоторжина Н.Н.,  Суджаев А.Р., Мамедова А.Х., Кязимзаде Ш.К., Гахраманова Г.А., Кулиева Г.М., Мустафаева Е.С. Бутоксиметиламинобензолсульфамид как антимикробная присадка к смазочно-охлаждающим жидкостям, Башкирский химический журнал, 2023,Том 30, №2, с.15-20) “Башкирский химический журнал»-da dərc olunmuşdur.

Bu elmi tədqiqat İnstitutun “Triboloji xassələrə malik üzvi birləşmələr laboratoriyasında yerinə yetirilmişdir. Tədqiqat qrupunun rəhbəri, aparıcı elmi işçi  k.ü.f.d Nelya Novotorjinanın verdiyi məlumata görə, məqalədə bəhs edilən elmi işin əsas məqsədi su əsaslı yağlayıcı-soyuducu mayelərə yeni antimikrob aşqarinın (biosid) tətbiqindən ibarətdir.

Aminobenzolsulfamidin paraformla qarşılıqlı təsirindən hidroksi-metilaminobenzolsulfamid sintez edilmiş, sonra bunun davamı olaraq butil spirti ilə reaksiyasından butoksimetilaminobenzolsulfamid alınmışdır ki, bu da su əsaslı YSM-lərə biosid aşqarı kimi böyük maraq doğurur.

Məlumat üçün qeyd edək ki, jurnal Rusiya Elmi Sitat İndeksi (Российский индекс научного цитирования-РИНЦ) bazasına daxildir və impakt faktoru 0,236

http://bcj.rusoil.net/

PAYLAŞ