Kimyaçı alimlərin məqaləsi nüfuzlu xarici jurnalda dərc edilib

416

AMEA Aşqarlar Kimyası İnstitutunun elmi işçisi kimya üzrə fəlsəfə doktoru Rövşən Nəzərov və Bakı Dövlət Universitetinin əməkdaşı Rizvan Əskərovun xarici həmkarları ilə birgə apardıqları müştərək tədqiqatların nəticələri impakt faktoru 4.155 olan “Web of Science” bazasına daxil olan “Journal of Inorganic Biochemistry” adlı nüfuzlu xarici jurnalda dərc edilib https://www.sciencedirect.com/science/article/pii/S0162013422000800?via%3Dihub).

İnstitutdan bildirilib ki, məqalə zərif üzvi sintezin və kompüter modelləşməsinin imkanlarından istifadə etməklə alınmış 1-(2-R(F, CH3, Cl)-fenil)-1,4-dihidro-5H-tetrazol-5-tionların kadmium xlorid ilə komplekslərinin sintez, molekulyar, kristal strukturları və hesablama tədqiqatlarında müasir yanaşmalara həsr olunub.

                                                                                       

PAYLAŞ