Kimyaçı alimlərin məqaləsi nüfuzlu xarici jurnalda dərc olunub

107

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun(AKİ) alimlərinin tədqiqatlarının mühüm elmi nəticələri məqalə şəklində  dünyada məşhur olan “Web of Science” beynəlxalq elmi bazasına daxil olan “Springer” nəşriyyatı sayılan  “Afrika Kimya” (Chemistry Africa) adlı nüfuzlu xarici jurnalda dərc edilib (Jeyhun HamidovaLamia KazimzadehElnara HasanovaElkhan Isakov, Faig Mammadov & Nargiz Huseynova “Copolymers of Caprylic Acid Allyl Ester with Butyl Methacrylate and Styrene as a Viscosity Additive for Lubricanting Oils”  Chemistry Africa (2023) DOI 10.1007/s42250-023-00760-x).

Məqalədə kapril turşusunun allil efirinin butilmetakrilat və stirolla ikili və üçlü birgə polimerləri sintez edilərək, müasir tələblərə cavab verən özlülük aşqarları kimi neft yağları, eləcə də sintetik yağların tərkibində özlülük aşqarı kimi tədqiq edilməsindən bəhs edilir.

PAYLAŞ