Kimyaçı alimlər beynəlxalq səviyyəli müştərək tədqiqatlar aparıblar

5

Aşqarlar Kimyası İnstitutu, Bakı Dövlət Universiteti və Bakı Mühəndislik Universitetinin bir qrup aparıcı alimləri Türkiyədən olan həmkarları ilə birlikdə apardıqları müştərək beynəlxalq səviyyəli tədqiqatların nəticələri dünyaca məşhur “Wiley” nəşriyyatının jurnalı olan “Chemistry and Biodiversity”də dərc olunub(https://onlinelibrary.wiley.com/doi/epdf/  10.1002/cbdv.202403048).

Məlumata görə, Zərif üzvi sintezin imkanlarından istifadə etməklə sintez olunmuş yeni birləşmələrin bioloji hədəflərlə qarşılıqlı əlaqəsini qiymətləndirmək üçün yetişdirilmiş monokristalın rentgen struktur və Hirşfeld səthi analizi aparılmışdır. Müəyyən edilmişdir ki, molekul demək olar ki, planardır, onun konformasiyası molekuldaxili N—H…O hidrogen rabitəsi ilə sabitləşərək S(6) halqa motivi əmələ gətirir. Molekullararası C—H…O hidrogen rabitələri inversiya dimerləri yaratmaq üçün molekulyar cütləri birləşdirir. Bundan əlavə, furan halqasının müsbət yüklü karbonu (oksigen inyeksiya effektinə görə) ilə bitişik benzol halqasının mənfi yüklü mərkəzi arasında π⋯π yığma qarşılıqlı təsirləri müşahidə edilmişdir.

Birləşmələrin müxtəlif bakteriyalara qarşı in vivo olaraq bioloji fəallığının müqayisəli təhlili aparılmışdır.

Məlumat üçün onu da bildirək ki, Chemistry and Biodiversity jurnalı Journal Citation Reports-a əsasən, impact faktoru 2.47-dir.

 

PAYLAŞ