Kimyaçı alimlər Ermənstanla sərhəd çayların suyunun ekstraksiya-fotometrik təyini üsulunu işləyib hazırlayıblar

181

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru k.e.d. Əfsun Sucayevin Bakı Dövlət Universitetinin “Analitik kimya kafedrasının müdiri kimya elmləri doktoru, professor Famil Çırağovla birgə elmi rəhbərlik etdiyi doktorant Tahir Cavadzadənin apardığı elmi tədqiqatların mühüm nəticələri “Web of Science” bazasında arxivləşdirilən “Springer Nature” nəşriyyatına aid  impakt faktorlu “Journal of Analytical Chemistry” jurnalında növbəti məqalə şəklində (Dzhavadzade, T.A., Mardanova, V.I., Sudzhaev, A.R. et al. Determination of Trace Nickel(II) after the Preliminary Extraction of Complexes with 1-(2-Allylamino-1-Methylethyl)Thiocarbamide. J Anal Chem 78, 1487–1491 (2023). https://doi.org/10.1134/S1061934823070067) dərc olunub.

İnstitutdan bildirilib ki, məqalə N-əvəzli tiokarbamidin Nikkel metalı ilə yeni kompleksinin alınması və bu kompleksdən istifadə etməklə respublikamızın Ermənistanla sərhəddə yerləşən Ağstafaçay və Çoğazçayın suyunun ekstraksiya-spektrofotometrik təyini üsulunun işlənib hazırlanmasına həsr edilib.

PAYLAŞ