Kimyaçı alimlər karbohidrogenlərin oksidləşməsinin qarşısını alan daha təsirli inhibitor alıblar

61

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutu, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti və ABŞ-ın Virginia Commonwealth Universitinin aparıcı alimlərinin müştərək tədqiqatlarının nəticələri Web of Science bazasında indekslənən Journal of the Indian Chemical Society IF 3,2, (CiteScore -3.5, kvartil-Q3) jurnalında nəşr olunmuşdur (Esmira Eyyubova, Famil Chiragov, Faik Musayev, Khalil Nagiyev, Namiq Shikhaliyev, Vagif Farzaliyev, Afsun Sujayev, Synthesis, X-ray analysis, specific electric conductivity study and antioxidant activity of novel compound based on 3-(1-phenyl-2,3-dimethylpyrazolone-5)azopentadione-2,4, Journal of the Indian Chemical Society, 2024, 101473, https://doi.org/10.1016/j.jics.2024.101473.).

İnstitutdan verilən məlumata görə, kompleks tədqiqat işi karbohidrogenlərin oksidləşməsinin qarşısını alan yeni inhibitorun alınması və müfəssəl tədqiqindən bəhs olunur. Alınan yeni birləşmənin monokristalı yetişdirilmiş və onun əsas xarakteristikaları öyrənilmişdir. X-şüalarının difraksiya analizindən istifadə etməklə sintez edilmiş maddənin strukturu öyrənilmiş və kristal hüceyrənin parametrləri təyin edilmiş və xüsusi elektrik keçiriciliyi hesablanmışdır.

Kinetik üsulla model reaksiyalarda sintez olunan birləşmələrin antioksidant xassələri öyrənilərək müəyyən edilmişdir ki, müvafiq kompleks karbohidrogen oksidləşməsinin təsirli inhibitorlarıdır və antioksidant təsir mexanizmi oksidləşmə zəncirlərinin qırılması nəticəsində yaranır.

PAYLAŞ