Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun alimləri -kimya elmləri doktoru Ə.Sucayev, kimya üzrə fəlsəfə doktoru N.Novotorjina, kimya üzrə fəlsəfə doktoru Q.Qəhrəmanova və başqalarının həmmüəllifi olduqları “Синтез противозадирных присадок на основе толуолсульфохлорида и метил-, аллил ксантогенатов” (канд. хим. наук Новоторжина Н.Н., д-р хим. наук Суджаев А.Р., Кязимзаде Ш.К., канд. хим. наук Сафарова М.Р., канд. хим. наук Гахраманова Г.А., Мустафаева Е.С. “Синтез противозадирных присадок на основе толуолсульфохлорида и метил-, аллил ксантогенатов”, 2023, №1, стр. 26-31) və kimya elmləri doktoru E.Nağıyeva,professor Ə.K.Kazımzadə, elmi işçi R.Ə.Məmmədova və S.İ.Nəsirovanın həmmüəllifi olduqları ”Среднeщелочные алкилфенолятные добавки” (д-р хим. наук Е.Нагиева, проф. А.Казимзаде и др. ”Среднeщелочные алкилфенолятные добавки ”, 2023, №1, стр. 42-45) adlı məqalələri Rusiyanın «Мир Нефтепродуктов» elmi-texniki jurnalında dərc olunmuşdur.
Birinci məqalə bu günki aktual problem olan transmissiya yağlarına aşqar kimi yeni maddələrin sintezinə həsr olunub.
Müəlliflər tərəfindən ədəbiyyatda məlum olmayan p-toluolsulfometil- və allilksantogenatlar sintez edilmiş və siyrilməyə qarşı aşqar kimi tədqiq edilmişdir.
Ikinci məqalə isə orta qələvi alkilfenolyat aşqarların (bunlar alkilfenolların formaldehid və ammonyak və ya müxtəlif aminlərlə kondensasiya məhsullarının kalsium duzlarıdır – monoetanol-, benzil- və allilamin) sintezinə dair tədqiqatların nəticələrinə həsr olunub.
Məlumat üçün qeyd edək ki, jurnal Rusiya Elmi Sitat İndeksi (Российский индекс научного цитирования-РИНЦ) bazasında arxivləşmiş, impakt faktoru 0.138-a bərabərdir.